14 oktyabr 2021-ci il tarixdə filialda Nizami Gəncəvinin yubileyi ilə əlaqədar “Şərq ədəbiyyatı və fəlsəfi fikrini həmişəyaşar dahisi Nizami” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə riyaziyyat elmlər doktoru, dosent Rafiq Rasulov açmış, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamından bəhs etmiş, Nizami Gəncəvinin ədəbi -bədii irsinin dünyanın və Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutuduğunu vurğulamışdır. Konfransda Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov “Nizami yaradıcılığında zəmanənin tarixi-siyasi aspektdən özəllikləri”, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı qaynaqları”, baş müəllim İlahə Süleymanova “Nizami əsərlərində gənclik və gənclər”, baş müəllim Rasimə Əhmədova “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində insan konseosiyası”, baş müəllim Nübar İbrahimova “Nizami yaradıcılığında uşaq ədəbiyyatı nümunələri”, baş müəllim Pakizə Əliyeva Nizami yaradıcılığı və “Kəlilə və Dimnə” və “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Əsmər Hüseynli “Nizami Gəncəvi lirikasının mövzu rəngarəngliyi” mövzularında maraqlı çıxışlar etmişlər.





001002003
fondeduadpubir

VKkj