Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə oktyabrın 26-da ADPU-nun Şəki filialının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “İntellektual Oyunlar Klubu”nun təşkilatçılığı ilə yarış keçirilib. Yarışda filialın müxtəlif ixtisaslarının tələbələrindən ibarət komandalar iştirak ediblər. Yarışda birinci yerə "Dəmir yumruq" komandası, ikinci yerə "Ares", "Polestar" və "Wolf" komandaları, üçüncü yerə "Zəfər" komandası layiq görülub. Qeyd edək ki, Zəfər bayramı münasibətilə təşkil olunan yarış Vətənimizin tarixinin gənclərə öyrədilməsi məqsədi daşıyıb.
Yarışın sonunda qalib gələn komandalar Fəxri Fərmanla mükafatlandırılıb





001002003
fondeduadpubir

VKkj