Hər il 01 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. İİV infeksiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir. Bu münasibətlə 10 dekabr 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Respublika QİCS-lə Mübarizə Mərkəzi tərəfindən bu xəstəliklə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının müdiri Kəmalə Abdullayeva və feldşer-laborant Arzu Bayramzadə əvvəlcə filialın tələbələrinə bu xəstəliklə bağlı, onun ötürülmə yolları, profilaktikası barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran suallar cavablandırılıb, xəstəlik haqqında məlumat materialları paylanılıb, öz sağlamlığına əmin olmaq üçün hər kəsə ekspress-testdən keçmək, həkimlərdən məsləhət almaq tövsiyə olunub.
Sonra isə tədbirin təşkilatçılarına müraciət edənləri qəbul etmək və məsləhət vermək məqsədi ilə lazımi şərait yaradılıb.





001002003
fondeduadpubir

VKkj