Bu gün ADPU-nun Şəki filialının akt zalında Şəki Regional "ASAN xidmət" Mərkəzinin baş mütəxəssisi, könüllülər üzrə məsul şəxs Dinarə Məmmədova filialın tələbələri ilə görüşüb. Görüşün keçirilməsində əsas məqsəd Şəki gənclərini könüllülük fəaliyyəti haqqında məlumatlandırmaq və könüllülüyün təbliği olub. Bu məqsədlə təqdimat keçirilib. Görüşdə könüllulərdən Fəqan Rüstəmli, Günay Bəkirli də iştirak ediblər.
Eyni zamanda Şəki Regional "ASAN xidmət" Mərkəzi 2021-ci ildə Caz-muğam hərəkatının banisi Vaqif Mustafazadənin adını daşıdığına görə onun haqqında maarifləndirici təlim də keçirilib.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj