İyunun 4-də Şəkidə AMEA-nın Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU-nun Şəki filialı, AMEA Şəki Regional Elmi Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “Bəxtiyar Vahabzadə - Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” adlı beynəlxalq simpozium keçirilib. Azərbaycan, Türkiyə və dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi simpozium onlayn və üz-üzə təşkil olunub. Simpoziumun açılış mərasimi Şəkidə - dahi şair Bəxtiyar Vahabzadənin Ev Muzeyində baş tutub.Açılış mərasimində AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” filialının müdiri prof. Ramazan Qafarlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru, prof. Nadir Məmmədli, ADPU-nun Şəki filialının direktoru r.e.d., dos. Rafiq Rasulov, B.Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyəbəyli, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, dos.Yusif Şükürlü, İKSAD İnstitutunun prezidenti dr. Lətif Emek, ADPU-nun əməkdaşı Aynur Qafərli çıxış edib, istiqlal şairinin yaradıcılığınının əsas xüsusiyyətlərindən, müstəqillik ideyalarından, fəlsəfi fikirlərindən, şairin Azərbaycan və Türk ədəbiyyatında mövqeyindən söhbət açıblar.Sonra ADPU-nun Şəki filialında bölmələr üzrə təqdimatlar olub. Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Şəki Regional Elmi Mərkəzi “Folklorşünaslıq və el sənətləri” şöbəsinin, ADPU, ADPU-nun Şəki filialının, AMEA Nizami Gəncəvi adına Ədədbiyyat İnstitutunun, Hindistanın Mangalore Universiteti, Türkiyənin Düzce Universiteti, Kütahya Dumlupınar Üniversiteti, Osmaniye Korkut Ata Üniversiteti, İranın Islamic Azad Universitetinin tədqiqatçıları onlayn və üz-üzə olmaqla, hibrid formada təşkil edilən sessiyalarda məruzələr edərək Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı ilə bağlı dəyərli araşdırmalarını təqdim ediblər.Konfransın bağlanışı zamanı iştirakçılara sertifikatlar təqdim olunub.





001002003
fondeduadpubir

VKkj