Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İlaxır çərşənbə” adlı bayram tədbiri keçirilib. Ümumi şöbənin əməkdaşlarının təşkilatçılığı ilə həyətyanı sahədə - açıq havada təşkil olunan və “Novzuz çərşənbələri” silsiləsindən olan tədbirlərin davamı olan şənlikdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Şənliyin gedişində xalqımızın Novruz bayramı ilə bağlı zaman-zaman yaşatdığı ənənələrə geniş yer verilib. Keçəl, Kosa, Bahar qızının gəlişi bayram şənliyinə xüsusi rəng qatıb. Şənlik iştirakçıları tonqal ətrafında yallı gedib, rəqs ediblər.
Qeyd edək ki, filialda Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir. Martın 16-da “Novruz – milli-mənəvi dəyərlərimizdən biri kimi” adlı tədbirin keçirilməsi nəzərdə tutulub və tədbirdən sonra tələbələr arasında elan olunmuş “Ən yaxşı Novruz xonçası” adlı müsabiqəyə baxış keçirilməsi planlaşdırılıb.





001002003
fondeduadpubir

VKkj