Martın 30-da Şəkidə Şəki Şəhər İcra Hakimiyyəti yanında Gənclər və İdman İdarəsinin, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin və DİN-in İdman Cəmiyyətinin təşkilatçılığı ilə gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında yüngül atletika üzrə idman yarışları keçirilib. Keçirilən yarışlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının İdman Oyunları Birliyi (İOB) də özünün oğlanlardan ibarət komandası ilə iştirak edib. Turnikdə dartınma idman növü üzrə yarışda filialın tələbələri yüksək nəticə göstəriblər. “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbəsi Ayxan Vəliyyəddinov 1-ci, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbəsi Əflatun Göycəyev 2-ci, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbəsi Tələt Süleymanov isə 3-cü yerə layiq görülüb. Qaliblər l, ll, lll dərəcəli medal və diplomlarla təltif olunublar.





001002003
fondeduadpubir

VKkj