- Details
- Dərc edilib: 01 Sentyabr 2023
- Oxunma sayı: 6391
https://disk.yandex.com/i/4WOooxSuB8lXPQ -Tələbələrin qeydiyyatı və tələbə sənədləri 2023-2024
https://disk.yandex.com/i/_xO5Lo3LwmDlJg -TTK
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
2023/2024-cü tədris ili üçün tələbə adını qazanmış
şəxslərin onlayn qeydiyyatı haqqında
MƏLUMAT
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2023-cü il 5 sentyabr 11:00 dan 14 sentyabr saat 18:00-dək platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri, oğlanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bileti, subbakalavrlar uyğun diplomu da digər sənədlərlə birlikdə portal.edu.az portalında yükləməli və müvafiq bəndləri seçməlidirlər. Portal.edu.az tələbə qeydiyyat portalında "Müraciətin irəliləyişi" bölməsində "Qəbul edildi - Təsdiq" bölməsi yaşıl rəngə çevrilərsə, sənədləriniz qəbul olunmuş sayılır.
Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq. Bu hal abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
Qeydiyyat onlayn formada aparılır. Onlayn qeydiyyatdan keçdikdən sonra tələbə adini qazanmış şəxslər aşağıda göstərilən sənədləri 5-14 sentyabr tarixlərində ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər:
- Tələbə anketi (əlyazma ilə doldurulmuş qaydada); (Bax əlavə 1)
- Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2021-2022-ci tədris ilinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
- Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi) - 6 ədəd
- Şəxsiyyət vəsiqəsinin surəti - 6 ədəd
- İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün);
- Tibbi arayış (Forma - 086) (şəkilli);
- İllik təhsil haqqı bütöv şəkildə ödənməlidir. Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı Əlavə 2-yə baxın.
- Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).
- Doğum şəhadətnaməsinin 1 ədəd surəti
- Təhsil Nazirliyinin portal.edu.az portalında bütün tələbə adını qazananlar qeydiyyatdan keçməlidir.
Qeyd.
1.Təhsil haqqını ödəməkdə çətinlik çəkən şəxslər Tələbə Təhsil Krediti Fonduna (TTKF) müraciət edə bilərlər. TTKF-yə müraciət zamanı çətinlik çəkənlərə ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyasında lazımi dəstək göstəriləcəkdir.
Təhsil haqqı ödənilməsi üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bank rekvizitləri:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı
Ünvan: Şəki ş. M.Ə.Rəsulzadə pr. 305
Bank rekvizitləri:
Kapital Bank ASC-nin Şəki filialı
Hesab: AZ78AIIB33070019447007212170
VÖEN: 3000192381
KOD: 200703
Müxbir hesab: AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SW KOD: AIIBAZ2X
Əlavə 1.
Şəkil |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
Tələbə Anketi
Adı, soyadı, ata adı____________________________________________________________________
Şəxsiyyət vəsiqəsinin fin kodu___________________________________________________________
Vətəndaşlığı_________________________________________________________________________
Cinsi__________________ Doğum tarixi_______________ Ailə vəziyyəti____________________
Sosial vəziyyəti___________________________________( 1 valideynini itirmiş /2 valideynini itirmiş)
Sosial status____________________________________________________(Vətəndaş/qaçqın/köçkün)
Hərbi mükəlləfiyyəti___________________________________(Hərbi mükəlləfiyyətli/Mükəlləfiyyətsiz)
Milliyyəti___________________________________________________________________________
Sağlamlıq məhdudiyyəti_________________________________________(1-ci qrup əlil/2-ci qrup əlil)
Əlaqə məlumatı
Ev telefonu__________________________________________________________________________
Mobil telefonu _______________________________________________________________________
E-mail______________________________________________________________________________
Ünvan məlumatları
Doğulduğu yer __________________________________________________( Ölkə/şəhər/kənd/qəsəbə)
Qeydiyyat ünvanı_____________________________________________________________________________
________________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)
Faktiki yaşayış ünvanı_________________________________________________________________ __________________________________________________ (Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)
Ailə üzvləri
Ata adı, soyadı, əlaqə nömrəsi __________________________________________________________
Ana adı, soyadı, əlaqə nömrəsi__________________________________________________________
Sənəd məlumatları
Şəxsiyyət vəsiqəsinin seriyası_____________ Nömrəsi____________________________________
Verilmə tarixi_____________________________Bitmə tarixi_________________________________
Sağlamlıq haqqında arayışın seriyası________ Nömrəsi____________________________________
Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________
Hərbi mükəlləfiyyət haqqında arayışın seriyası________ Nömrəsi __________________________
Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________
Qəbul forması ______________________________________________________________________
(Müsabiqə/Müsabiqədən kənar/Fərdi müqavilə/və s.)
Qeydiyyat tarixi________________________ Qəbul balı __________________________________
Təhsilalma forması_____________ (əyam/qiyabi) Təhsil haqqı_____________ (Dövlət/ödənişlı)
İxtisas _____________________________________________________________________________
Keçmiş təhsil məlumatları
Məktəbin ünvanı________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə)
Məktəbin adı ________________________________________________________________________
Başlama tarixi_____________ Bitirmə tarixi_______________________________________________
Təhsil aldığı dil ______________________________________________________________________
Attestat məlumatları
Attestatın seiyası___________________________Nömrəsi___________________________________
Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________
(Kollec və s.)
Təhsil müəssisəsinin ünvanı_________________________________ ( ölkə/şəhər/kənd/qəsəbə)
Təhsil müəssisəsinin adı_______________________________________________________________
Başlama tarixi____________________________Bitirmə tarixi________________________________
Təhsil aldığı dil_____________________________________________________________________
Məlumatın dolğunluğunu öz imzamla təsdiq edirəm________________________________________
Əlavə 2.
2023/2024-cü TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALINA QƏBUL OLMUŞ, TƏHSİL HAQQINDAN AZAD EDİLƏN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI
AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ ŞAMİL EDİLİR:
- “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 nömrəli Sərəncamı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.
Tələb olunan sənədlər:
- Direktorun adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti.
- Ailə tərkibi haqqında arayış (Tələbənin adına)
------------------------------------------------------------------------------------------------------------
II.”ŞƏHİD” AİLƏSİ STATUSUNU ALMIŞ AİLƏNİN ÜZVÜ
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD,”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 3 sentyabr 1993-cü il ¹ 697.
- Aşağıdakı şəxslər “Şəhid” ailəsinin üzvləri hesab olunurlar;
- arvadı (əri);
- valideynləri;
- 18 yaşına çatmamış və uşaqları 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
- qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
- babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
- əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
Tələb olunan sənədlər:
- Direktorun adına ərizə;
- Şəxsiyyət vəsiqəsi;
- “Şəhid” statusu barədə sənəd;
- Tələbənin doğum haqqında şəhadətnaməsi;
- Şəhidin ölüm haqqında şəhadətnaməsi.
- Ailə tərkibi haqqında arayış (Tələbənin adına)
---------------------------------------------------------------------------------------------------------------------
III. “AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ, HƏMÇİNİN AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA DÖYÜŞ ƏMƏLİYYATLARINDA “MÜHARİBƏ VETERANI” ADI ALMIŞ ŞƏXSLƏRİN TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI
Tələb olunan sənədlər:
- Direktorun adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı - forma 88-in nömrəsi mütləq olmalıdır ) sənədin surəti;
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında “Müharibə Veteranı” adı almış şəxslərin müharibə veteranı vəsiqəsinin notaiat şəkildə təsdiq edilmiş surəti.
- Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti.
- Ailə tərkibi haqqında arayış. (Tələbənin adına)
- VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
- valideynlərini itirmiş uşaqlar- hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
- valideyn himayəsindən məhrum olmuş uşaqlar- hər iki valideyni:
məlum olmayan;
- valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
- xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
- cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
- uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
- uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
- qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
- Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə və bir illik 50 (əlli) manat təhsil xərci ilə təmin olunurlar.
Tələb olunan sənədlər:
- Direktorun adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd;
- Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK-in arayışı - forma 88-in nömrəsi mütləq olmalıdır )
- Ailə tərkibi haqqında arayış. (Tələbənin adına)
- I VƏ II QRUP ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİSƏRƏNCAMI
(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura (əsas baza ali tibb təhsili və rezdentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
Tələb olunan sənədlər:
- Direktorun adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK-in arayışı - forma 88-in nömrəsi mütləq olmalıdır.)
- Ailə tərkibi haqqında arayış. (Tələbənin adına)
ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyası
01.09.2023
Qeydiyyat sənədləri ilə yuxarıdakı linkdən tanış ola bilərsiniz