Sentyabrın 13-də ADPU-nun Şəki filialının 2023-2024-cü tədris ilinə həsr olunmuş ilk Elmi Şura iclası keçirilib. İclasda filialın 30 nəfər Elmi Şura üzvündən 27 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak ediblər.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru dosent Rafiq Rasulov öncə Elmi Şura üzvlərini və filial əməkdaşlarını qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik etdikdən sonra Elmi Şuranın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada gündəlikdə duran iki əsas və bir neçə cari məsənıi müzakirə edilib. “Filialın, Elmi Şuranın və struktur bölmələrin 2023-2024-cü tədris ili üçün iş planları və gündəliklərinin müzakirəsi və təsdiqi haqqında” adlı birinci məsələ ilə bağlı filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev məlumat verərək, müzakirəyə çıxarılmış sənədlərin məzmun və struktur xüsusiyyətləri haqqında Elmi Şura üzvlərinə geniş məlumat verib. Filialın, Elmi Şuranın və struktur bölmələrin 2023-2024-cü tədris ili üçün iş planları və gündəlikləri müzakirə edildikdən sonra səsvermə ilə təsdiq edilib.
Elmi Şurada müzakirə edilən ikinci məsələ - “ 2023-2024-cü tədris ili üçün filiala tələbə qəbulunun yekunları və qarşıda duran vəzifələr haqqında” filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva bu məsələ ilə bağlı geniş məlumat verib, qəbul planının nəticələri, yeni dərs ilinə hazırlığın gedişi vəziyyəti, fənlərin tədrisində proqram təminatı məsələləri, bu sahədə mövcud olan uğur və çatışmazlıqları diqqətə çatdırıb. Dosent Gülarə Abdullayevanın qaldırdığı problemlər ciddi müzakirə edilib, müzakirələrdə prof. Firədun İbrahimov, dos. Nuralı Çələbiyev, dos. Sədrəddin Bədiyev, fil.ü.f.d. Xalidə Abdullayeva iştirak ediblər.
Elmi Şurada həmçinin gündəlikdə duran cari məsələlər də müzakirə edilərək, filialın “Təbiət fənləri və onların tədrisi texnologiyaları” kafedrasının əməkdaşı Kifayət Şirinovanın riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibəti ilə mükafatlandırılması, II Vətən müharibəsi şəhidi İsmayıl Səmədovun həyat yoldaşı, filialın “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Bəsti Səmədovanın təhsil haqqının filialın büdcəsi hesabına ödənilməsi, filialın ayrı-ayrı kafedralarında çalışan müəllimlərin tərtib etdikləri fənn proqramlarının müzakirəsi və filialın “Elmi fəaliyyət strategiyası”nın təsdiqi kimi məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib.





001002003
fondeduadpubir

VKkj