- Details
- Dərc edilib: 04 Noyabr 2023
- Oxunma sayı: 5019
Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Elmi Şuranın növbəti iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 25 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak ediblər.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov iclas iştirakçılarını salamlayıb və ADPU-nun Elmi Şurasının sonuncu iclasında tədrisin gedişi və elmi-tədqiqat fəaliyyəti, qarşıdan gələn proqram akkreditasiyası ilə bağlı qarşıya qoyulmuş vəzifələr haqqında səsləndirilmiş fikirləri diqqətə çatdırıb, sonra iclasın gündəliyi ilə iştirakçıları tanış edib.
İclasda gündəlikdə duran üç məsələ ilə bağlı hesabatlar dinlənilib. “Filialın kafedraları üzrə fərdi iş planlarının, fənn sillabuslarının, elektron mühazirələrin tərtibi vəziyyəti haqqında” adlı birinci məsələ ilə bağlı filialın Keyfiyyət təminatı şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayeva çıxış edərək, cari tədris ilində filialın kafedralarında fərdi iş planlarının, fənn sillabuslarının, elektron mühazirələrin tərtibi vəziyyəti haqqında ətraflı məlumat verib, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
“Pedaqoji fakültə dekanlığında 2023-2024-cü tədris ili üçün planlaşma işlərinin və tədris prosesinin təşkili vəziyyəti” haqqında filialın Pedaqoji fakültəsinin dekanı, fil.ü.f.d., baş müəllim Xalidə Abdullayeva geniş hesabatla çıxış edib və bildirib ki, ötən müddət ərzində fakültədə tədrisin təşkili və planlaşdırılmasının vəziyyəti qənaətbəxş olub, müəllimlər elmi-pedaqoji fəaliyyətlərini dövlətimizin təhsil strategiyasının istiqamətlərinə uyğun qurublar. Baş müəllim Xalidə Abdullayeva fakültədə tədris prosesinin planlaşdırılması və təşkili ilə bağlı mövcud vəziyyəti təhlil edərək, problemləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Gündəlikdə duran üçüncü məsələ - “Filialda tədris olunan fənlər üzrə proqram və elmi-metodik təminatın vəziyyəti” ilə bağlı filialın ayrı-ayrı kafedralarının müdirləri Elmi Şura üzvlərinə və iclas iştirakçılarına məlumat veriblər. Müzakirə zamanı prof. Firədun İbrahimov, dosent Nuralı Çələbiyev, dosent Ulduz Mürşüdova, dosent Sədrəddin Bədiyev və başqaları məsələyə münasibət bildirərək, real vəziyyəti dəyərləndiribər.
Sonra cari məsələlər müzakirə edilib.
Elmi Şuranın iclası işgüzar şəraitdə başa çatıb, müzakirə olunan bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.