26 dekabr 2023-cü il tarixdə ADPU-nun Şəki filialının növbəti Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 25 nəfəri iştirak edib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru dosent R.A. Rasulov öncə Elmi Şura üzvlərini salamladıqdan sonra Elmi Şuranın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şura gündəlikdə duran 3 əsas və cari məsələləri müzakirə edib. “2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar filialda keçirilmiş tədbirlər haqqında” adlı birinci məsələ ilə bağlı filialın elmi işlər üzrə direktor müavini, dos.N.Z.Çələbiyev məlumat verib. O, bildirib ki, artıq “Heydər Əliyev ili” başa çatmaq üzrədir və il ərzində Ümummilli Liderin ömür yolunun və siyasi irsinin təbliği ilə bağlı filialda yaddaqalan çoxsaylı tədbirlər keçirilib, filial əməkdaşları bu münasibətlə keçirilən respublika və beynəlxalq tədbirlərdə fəal iştirak ediblər və onların məqalələri dərc olunub.
Gündəlikdə duran “Filialın “Sosial iş” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında” adlı ikinci məsələ ilə bağlı filialın Humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d., b/m. V.B.Baxışov məlumat verərək bildirib ki, 2023-2024-cü tədris ili üçün filialın “Sosial iş” ixtisasında dərs yükü 1336 saat olub. Kafedra müdiri Vüsal Baxışovun məlumatında sözügedən ixtisasda tədris prosesində əldə edilmiş uğurlarla yanaşı, mövcud problemləri və onların aradan qaldırılması yollarını da səsləndirib.
Elmi Şuranın müzakirə etdiyi üçüncü məsələ “İnsan resursları və ümumi şöbə”nin fəaliyyəti haqqında” olub, şöbə müdiri G. F. Kərimova şöbənin fəaliyyəti ilə bağlı Elmi Şura üzvlərinə geniş hesabat verib.
Elmi Şura həmçinin gündəlikdə duran cari məsələləri də müzakirəyə çıxararaq filialın əməkdaşları tərəfindən hazırlanmış fənn proqramlarını da məzmun və metodik xüsusiyyətlərinə görə müzakirə edərək təqdim olunmuş proqramların daha da təkmilləşdirilməsini tövsiyə edib. Filialın “Keyfiyyət təminatı” şöbəsinin müdiri Nərminə Nəsrullayeva filial əməkdaşlarının elmi - pedaqoji fəaliyyətlərinin keyfiyyət göstəricilərinin kafedralar üzrə nəticələrini açıqlayaraq mükafata təqdim olunmuş müəllimləriin fəaliyyətini təqdir edib.





001002003
fondeduadpubir

VKkj