- Details
- Dərc edilib: 26 Yanvar 2024
- Oxunma sayı: 4339
25-26 yanvar tarixlərində ADPU-nun Şəki filialında İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyasının təlimatına əsasən yaradılmış təşkilat komissiyasının növbəti iclasları keçirilib. İclasda fəaliyyət qrafikinə əsasən göstərilmiş meyarların yazılıb hazırlanması prosesinin monitorinqi aparılıb. Hər bir komissiya üzvü hazırladığı məlumatları təqdim edib və müzakirəyə səbəb olan məsələlərə aydınlıq gətirilib. Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri baş müəllim Əsmayə Əkbərova, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev, Humanitar fənlər kafedrasının müdiri t.ü.f.d. Vüsal Baxışov proqram akkreditasiyasının təhsil proqramı üzrə tətbiq olunan tədris metodları və üsulları meyarının indikatorlarını özündə əks etdirən məlumatları təqdim edib. İnsan resursları və ümumi şöbənin müdiri Gülnar Kərimova təhsil proqramına cəlb olunan professor-müəllim heyəti, işə götürmə qaydaları, Tədrisin idarə olunması şöbəsinin baş inspektoru Gülruh Əhmədova təhsil proqramı üzrə ştatda olan və cəlb olunmuş akademik heyət arasında dərs yükünün bölgüsü, pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova pedaqoji təcrübə bazası və tətbiq olunan yeni qiymətləndirmə üsulları haqda təqdimat ediblər. Filialın direktoru dos. Rafiq Rasulov tərəfindən komissiya üzvlərinə təqdim olunmuş məlumatları dəstəkləyən sənədlərin tam hazırlanması tapşırılıb.