Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti psixoloji seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova, kafedranın müəllimi Rəhimə Hüseynova, “Sosial iş” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə akademik məsləhətçi Elnarə Cəfərova və tələbələr iştirak ediblər. “Emosinal manipulyasiya” mövzusuna həsr olunmuş psixoloji seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Günel Sadıqovanın təqdimatında münasibətlərdə özünü göstərən yalan, sevgi, zəiflik, güc, günahkarlıq, tərketmə kimi manipulyasiya vasitələrindən bəhs edilib. G.Sadıqova emosional manipulyasiyanın münasibətlərə, şəxsin özünə vurduğu zərərləri qeyd edərək, ondan qorunmağın yolları haqqında da əhatəli məlumat verib. Seminar iştirakçıları öz münasibətlərində yaşadıqları bu cür hallar haqqında fikirlərini bölüşüblər. Mövzu maraqlı fikir mübadiləsinə səbəb olub. R.Hüseynova, E.Cəfərova seminar haqqında öz müsbət fikirlərini bildiriblər. Sonda GPB rəhbəri Ramazanova Kəmalə seminar təlimçisinə dolğun, praktik məlumatlara əsaslanan araşdırmaların əks olunduğu seminar təşkil etdiyinə görə öz minnətdarlığını bildirib.





001002003
fondeduadpubir

VKkj