ADPU-nun Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti psixoloji seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər. “Tükənmişlik sindromu” mövzusuna həsr olunmuş seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ikinci tədris ili tələbəsi Aysun Lətifova tükənmişlik sindromu, onun yaranma səbəblərindən bəhs edib. Tələbə eyni zamanda tükənmişlik sindromunun şəxsin davranışlarına, münasibətlərinə göstərdiyi mənfi təsirlər və onlardan xilas olmağın yolları haqqında da məlumat verib və seminar iştirakçılarında bu sindromun olub-olmamasını təyin etmək üçün metodika tətbiq edib. Sonda GPB rəhbəri baş üəllim Kəmalə Ramazanova mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb və seminar təşkilatçısına dolğun, elmi məlumatlara əsaslanan araşdırmaların əks olunduğu seminar təşkil etdiyinə görə öz minnətdarlığını bildirib.





001002003
fondeduadpubir

VKkj