- Details
- Dərc edilib: 04 Aprel 2025
- Oxunma sayı: 65
Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə görüş keçirilib. Görüşdə filialın rəhbərliyi, birliyin nümayəndələri və filialın Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin üzvləri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Səki Regional Debat Mərkəzi ilə filialın TGT-si arasında əməkdaşlığın daha da gücləndirilməsi olub. Görüşdə filialın direktoru dos.Vurğun Məmmədov çıxış edərək gənclərin debat, natiqlik bacarıqlarının artırılması, sağlam düşüncəli gəncliyin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək filialın Tələbə Gənclər Təşkilatı ilə birliyin birgə əməkdaşlığının gələcək fəaliyyətdə əhəmiyyətli rol oynayacağını vurğulayıblar. Görüşdə Debat klubunun filialin TGT-nin nəzdində fəaliyyət göstərməsinə dair qərar qəbul edilib və görüləcək işlərlə bağlı bir sıra məsələlər müzakirə olunub.