Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş XVIII elmi konfransı keçirilib.
Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və elmi tədqiqata cəlb olunmuş 90-a yaxın tələbə iştirak ediblər. Mayın 7-də konfransın plenar iclası olub.
İclası giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov açıb. Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev “Ali təhsil müəssisələrində tələbələrin elmi tədqiqatçılıq fəaliyyətinin təşkilinə verilən müasir tələblər” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, XVIII tələbə elmi konfransına filialda müxtəlif ixtisaslarda təhsil alan, elmi tədqiqata marağı və qabiliyyəti olan 87 nəfər tələbənin işi təqdim olunub, konfransın proqramı hazırlanaraq çap edilib.
Konfransda kafedra müdiri prof.Firədun İbrahimov, tədris işləri üzrə direktor müavini, dos.Gülarə Abdullayeva, kafedra müdiri tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov və TEC-in sədri, baş müəllim Səadət Feyzullayeva çıxış edərək tədqiqatçılıq fəaliyyətinə qoşulan tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.
Konfransın plenar iclasında “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Fərrux Xəlillinin “Müstəqillik illərində Azərbaycanda konstitusiya islahatları”, həmin ixtisasın II tədris ili tələbəsi Yavər Əhmədlinin “Azərbaycan Respublikası Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsəridir”, “Sosial iş” ixtisasının II tədris ili tələbəsi Aytən Cabbarlının “Sosial xidmətlərin təşkilində qeyri-hökümət təşkilatlarının rolu”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Vəzifə İsmayılovanın “Bəxtiyar Vahabzadənin hekayə yaradıcılığı”, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının I tədris ili tələbəsi Zəhra İbayevanın “Süni zəka və onun ingilis dilinin tədrisində tətbiqi” mövzularında məruzələri dinlənilib və müzakirə olunub.
Mayın 8-də konfrans 5 bölmə üzrə öz işini davam etdirib, tələbələrin elmi tədqiqat işləri dinlənilib, müzakirə olunaraq qiymətləndirilib.
Ən yaxşı tələbə elmi işlərinin mükafatlandırılması nəzərdə tutulub.





001002003
fondeduadpubir

VKkj