- Details
- Dərc edilib: 10 Oktyabr 2025
- Oxunma sayı: 368
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialının Karyera mərkəzinin 2025-2026-cı tədris ili üçün təsdiq edilmiş iş planına uyğun olaraq, filiala yeni qəbul olunmuş tələbələrlə görüşlər davam edir. Oktyabrın 10-da Karyera mərkəzinin Pedaqoji fakültənin “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisaslarının tələbələri ilə görüşü keçirilib. Görüşdə filialın İdman Oyunları Birliyinin (İOB) üzvləri də iştirak ediblər. Tədbirdə mərkəzin müdiri Xuraman Həmidova görüşün məqsədi, filialda keçirilən müsabiqələr, yarışlar, təlimlər haqqında ətraflı məlumat verib. Sonra filialın İdman Oyunları Birliyinin (İOB) sədri, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Ülvi Bədirbəyli birliyin fəlaliyyətindən danışıb və tələbələrin asudə vaxtlarının səmərəli təşkilində birliyin keçirdiyi müxtəlif yarışların əhəmiyyətindən bəhs edib. Bildirilib ki, İOB-un tərkibində 5 idman növü üzrə klublar fəaliyyət göstərir. Klub sədrlərindən “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının IV tədris ili tələbəsi Röyal Qasımov tennis idman növü üzrə keçirilən yarışlardan bəhs edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.