- Details
- Dərc edilib: 23 Oktyabr 2025
- Oxunma sayı: 103
23 oktyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” adlandırılması ilə bağlı “Tədbirlər Planı”na uyğun olaraq “Knstitusiyamızda dil və təhsil konsepti” adlı elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, müstəqil və suveren dövrlətə sahib olmaq, ədalət və qanunun aliliyi, milli-mənəvi dəyərlərə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq əsrlər boyu xalqımızın ən böyük arzusu olmuşdur. Ayrı-ayrı tarixi dövrlərdə çox böyük mərhumiyyətlərə, kənar müdaxilələrə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu, doğma dilini, azadlıq ideyalarını qoruyub saxlamış və XX əsrin əvvəllərində dövlət müstəqilliyini elan etmişdir. 1991-ci il oktyabrın 18-də sovet bolşevik rejimindən xilas olmaq üçün başlanan milli azadlıq hərəkətaının gedişində 70 illik sovet dönəmindən sonra dövlət müstəqilliyi bərpa edilmişdir.
Bu gün Azərbaycan konstitusiya quruluşuna malik olan, öz tarixi torpaqlarının sahibi, suveren, hüquqi və demokratik dövlət quruculuğu yolu ilə inkişaf edən unitar bir dövlətdir.
2020-ci il 27 sentyabrda başlanan Vətən Müharibəsindəki tarixi zəfər, 2023-cü il sentyabrın 19-20 tarixlərdə keçirilmiş vokal xarakterli uğurlu antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və konstitusiya quruluşunu tam bərpa etmişdir.
Konfransda filialın “Dillər və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, Azərbaycan Dillər Universitetinin doktorantı Vüsalə Həsənovanın təqdimatında “Konstitusiya və təhsil siyasəti: suveren dövlətin inkişafında təhsilin rolu”, həmin kafedranın baş müəllimi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı Türkan Məcidovanın təqdimatında “Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin hüquqi statusu və onun suverenlik prinsipləri ilə əlaqəsi” və həmin kafedranın baş müəllimi, Bakı Avrasiya Universitetinin dissertantı Kəmalə Lətifovanın təqdimatında “Multikulturalizm və dil müxtəlifliyi: Azərbaycan Konstitusiyasının prinsipləri əsasında təhlil” mövzularında çıxışları dinlənilmişdir.
Konfrans elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin yekun sözü ilə başa çatmışdır.













