- Details
- Dərc edilib: 06 Mart 2026
- Oxunma sayı: 103
Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru dosent Vurğun Məmmədov “Özünütəqdimetmə və karyera bacarıqları layihəsi” mövzusuna həsr olunmuş təlimdə fəallıq göstərən bir qrup tələbə ilə görüşüb. Direktor Karyera mərkəzinə, təlimçi – filialın “Sosial iş” ixtisasının ll tədris ili tələbəsi Arzu Şahvələdova və iştirakçı tələbələrə xüsusi təşəkkürünü bildirib və təlimlərdə, ictimai işlərdə bu cür fəallığın onların gələcək karyera həyatında önəmli rol oynadığını vurğulayıb. Sonra tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi tələbələrin özünütəqdimetmə və kommunikasiya bacarıqlarını inkişaf etdirmək, onları işgüzar müsahibələrə və sosial mühitə hazırlamaq, eyni zamanda tələbələrin natiqlik, diksiya və peşəkar imic bacarıqlarını gücləndirmək olub. Layihənin sonunda tələbələrdə özünə inamın, professional təqdimat bacarıqlarının işgüzar münasibətlərin, natiqlik və kommunikasiya, komanda işində iştirak bacarıqlarının inkişaf etdirilməsi formalaşıb.
