- Details
- Dərc edilib: 25 May 2026
- Oxunma sayı: 28
Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları Şəki şəhər 11 və 20 saylı tam orta məktəbin Xl sinif şagirdləri ilə görüş keçiriblər. Görüşün əsas məqsədi ADPU-nun Şəki filialında mövcud olan ixtisaslar, habelə ixtisas seçimi prosesi ilə bağlı şagirdləri maarifləndirmək və onlara gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə dəstək göstərmək olub.
Şəki şəhəri S.Vurğun adına Folklor Evinin zalında təşkil olunan görüşdə ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova iştirak ediblər.
Şagirdlərə filialda tədris olunan ixtisaslar, ali təhsil imkanları, müəllimlik peşəsinin perspektivləri, tələbələr üçün yaradılmış təhsil mühiti və universitet həyatı barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda, ixtisas seçiminin düzgün aparılmasının əhəmiyyəti vurğulanıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
