- Details
- Dərc edilib: 05 Aprel 2024
- Oxunma sayı: 2871
Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru, tarix üzrə fəlsəfə doktoru dosent Vurğun Məmmədov filialda fəaliyyət göstərən Debat klubunun üzvləri ilə görüşüb. Görüşdə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Şəki Regional Debat Mərkəzinin (ŞRDM) sədri Aysel Sadıqlı, filialın Debat klubunun sədri Əfsanə Əbdürəhimova və klubun üzvləri iştirak ediblər.
Görüşdə Debat klubunun işi, həyata kevçirilən tədbirlərdən bəhs olunub. Xuraman Həmidova və Aysel Sadıqlı çıxış edərək, klubun fəaliyyəti və gələcək planları ilə bağlı öz təkliflərini irəli sürüblər. Əfsanə Əbdürəhimova Debat klubunun yaz semestri üçün nəzərdə tutulmuş fəaliyyət planını diqqətə çatdırıb.
Direktor dos. Vurğun Məmmədov debatçıların gördükləri işlər, həyata keçirdikləri tədbirlər haqqında məlumat aldıqdan sonra onlara öz tövsiyələrini verib, klubun tələbələrin nitq mədəniyyətinə yiyələnmələrində, dünyagörüşlərinin genişlənməsində əhəmiyyətli rolunu vurğulayıb və onlara gələcək işlərində uğurlar arzulayıb.