- Details
- Dərc edilib: 03 Aprel 2025
- Oxunma sayı: 1515
Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Təşkilat komissiyasının növbəti iclası keçirilib. İclası komissiyanın sədri Xalidə Abdullayeva açaraq gündəlikdə duran məsələləri komissiya üzvlərinin diqqətinə çatdırıb. Filialın direktoru dosent Vurğun Məmmədov Məktəbəqədər təhsil ixtisasının proqram akkreditasiyası üçün nəzərdə tutulan bəzi sənədlərin vaxtında toplanması haqda komissiya üzvlərinə təlimat verib. Direktor müşaviri riyaziyyat üzrə elmlər doktoru, dos.Rafiq Rasulov ixtisas üzrə tədris aparan akademik heyət və təhsilanlanlarla görüşlərin keçirilməsinin vacvibliyini vurğulayıb. Keyfiyyətin təminatı şöbəsinin müdiri, b.m. Nərminə Nəsrullayeva akkreditasiya prosesi üçün hazırlanan sənədlər haqqında məlumat verib. O qeyd edib ki, proses sonlanmaq üzrədir və qeyd olunan tarixdə təhsil proqramı üzrə özünütəhlil hesabatı, cədvəllər və müvafiq sənədlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunacaq. İclasda əvvəlki akkreditasiya prosesində verilən tövsiyələrin əksəriyyətinin həyata keçirildiyi də qeyd olunub.