- Details
- Dərc edilib: 09 Aprel 2025
- Oxunma sayı: 1594
Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Yaradıcı sənayelər narkomaniyaya qarşı” adlı tədbir keçirilib.
Filialın ev sahibliyi etdiyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbir 2024-cü il üzrə Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşib. Layihənin əsas məqsədi cəmiyyətimizdə, xüsusilə də gənclər və yeniyetmələr arasında narkomaniyanın yayılmasının qarşısını almaq, bu mövzuda maarifləndirmə aparmaq və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.
Tədbirdə filialin rəhbərliyi, müəllim və tələbələri, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Billur Məmmədova, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik - leytenantı Natiq İsbatov iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialin direktor müşaviri, r.e.d., dosent Rafiq Rasulov acaraq, tədbirin təşkil olunmasının əsas məqsədi haqqında məlumat verib. Qeyd olunub ki, narkomaniya – yalnız fərdin deyil, ailənin, cəmiyyətin və bütövlükdə dövlətin təhlükəsizliyinə təsir göstərən ciddi sosial problemdir. Təəssüf ki, bu bəla hər keçən gün daha da cavanlaşır, məktəbli və tələbə yaşında olan gənclər arasında yayılma meyilləri artır. Məhz bu səbəbdən, narkomaniyaya qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin, xüsusilə təhsil və mədəniyyət müəssisələrinin üzərinə düşən bir vəzifədir. Tədbirdə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Billur Məmmədova, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Natiq İsbatov geniş məruzə ilə çıxış edərək, narkotik maddələrin cəmiyyətə və insan sağlamlığına vurduğu fəsadlar, bu vərdişlərin yayılma səbəbləri və onların qarşısının alınması üçün dövlətimiz tərəfindən həyata keçirilən siyasət və proqramlar haqqında ətraflı məlumat veriblər.Tədbirin sonunda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.