- Details
- Dərc edilib: 22 Aprel 2025
- Oxunma sayı: 856
Aprelin 15-də Azərbaycan Dovlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Elmi Şuranın növbədənkənar iclası keçirilib. İclası filialın direktoru dos.Vurğun Məmmədov açaraq, gündəlikdə duran məsələ haqqında məlumat verib. Qeyd olunub ki, may ayında filialın “Məktəbəqədər təhsil” ixtisasında proqram akkreditasiyasının keçirilməsi məqsədilə yaradılmış Təşkilat komissiyasının özünütəhlil hesabatı hazırlanıb və Elmi Şuraya müzakirəyə təqdim edilib.
Filialın tədris işləri üzrə direktor muavini, dos. Gülarə Abdullayeva özünütəhlil hesabatında 12 meyar üzrə aparılan təhlillər haqqında məlumat verib və “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiyasından keçən müddət ərzində verilən tovsiyələrə uyğun olaraq görülmüş işlər barədə məlumatın da hesabatda yer aldığını vurğulayıb. Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva çıxış edərək bütün meyar və indikatorlar üzrə qiymətləndirmə nəticələrini iclas iştirakçılarının diqqətinə çatdırıb. Hesabat geniş müzakirə olunub. Direktorun müşaviri dos.Rafiq Rasulov, elmi işlər üzrə direktor muavini dos.Nuralı Çələbiyev, Pedaqoji fakültənin dekanı fil.ü.f.d., baş müəllim Xalidə Abdullayeva, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri baş müəllim Sevinc Əliyeva çıxış edərək hesabatın mükəmməl hazırlandığını vurğulayıblar. İclasda filialda fəaliyyət göstərən Psixoloji xidmət kabinetinin Əsasnaməsi və fəaliyyət planı da müzakirə olunub. Müzakirə olunan məsələlərə dair müvafiq qərar qəbul edilib.