- Details
- Dərc edilib: 22 Aprel 2025
- Oxunma sayı: 853
Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbələr arasında keçiriləcək növbəti fənn olimpiadasına hazırlıq üzrə yaradılmış Təşkilat komitəsinin iclası keçirilib. İclasda filialin direktoru dos. Vurğun Məmmədov və Təşkilat komitəsinin üzvləri iştirak ediblər. Əvvəlcə dos.Vurğun Məmmədov cıxış edərək olimpiada təşkilinin tələbələrin fənlər üzrə bilik səviyyəsinin daha da dərinləşməsində əhəmiyyətindən danışib. Sonra Təşkilat komitəsinin sədri, tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva çıxış edərək, filial direktoru dosent Vurğun Məmmədovun fənn olimpiadasının keçirilməsi barədə 14 aprel 2025-ci il tarixli əmrinə uyğun olaraq, olimpiadanın əhatə edəcəyi fənlər haqqında məlumat verib və keçirilmə vaxtını diqqətə catdırıb.
Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdova, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev, Humanitar fənlər kafedrasının müdiri b.m. Vüsal Baxışov, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri b.m. Sevinc Əliyeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək olimpiadanın keçirilməsi ilə bağlı təkliflərini bildiriblər. İclasda olimpiada suallarınınn tərtibi və qiymətləndirilməsi ilə bağlı muvafiq qərar qəbul edilib.