- Details
- Dərc edilib: 22 Aprel 2025
- Oxunma sayı: 892
Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İnsan sayının artımı gələcəyin sosial həyatına müsbət təsir edəcək” mövzusunda şou-debat keçirilib. Tədbirdə filial rəhbərliyi, tələbələr, Şəki Regional Debat mərkəzinin sədri Aysel Sadıqlı və əməkdaşları iştirak ediblər.
Əvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib.
Tədbirdə ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Şəki Regional Debat mərkəzinin debat klubu ilə ADPU-nun Şəki filialının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun birgə əməkdaşlığının əhəmiyyətini, Debat mərkəzinin fəaliyyətinin əsas məqsədinin gənclərin dünyagörüşünü genişləndirmək, onlarda natiqlik məharətini, nitq mədəniyyətini, analitik təfəkkürü inkişaf etdirmək olduğunu vurğulayıb. Şəki Regional Debat mərkəzinin sədri Aysel Sadıqlı çıxışında filial rəhbərliyinə sıx əməkdaşlığa görə dərin təşəkkürünü bildirib. Filialın Debat klubunun rəhbəri Səma Şəldiyeva şou-debat haqqında məlumat verib. Sonra “Antanto” və “Gladio” komandalarının təqdimatında “İnsan sayının artımı gələcəyin sosial həyatına müsbət təsir edəcək” mövzusunda şou-debat nümayiş olunub. Komandaların iştirakçıları sertifikatla mükafatlandırılıblar. Sonda xatirə şəkilləri çəkilib.