- Details
- Dərc edilib: 06 May 2025
- Oxunma sayı: 103
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı və Şəki Medianın informasiya dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Təhsil Millətin Gələcəyidir! - Şəki – 2025” yarışı keçirilib.
İntellektual oyunda 17 komanda iştirak edib. Yarışda ən yüksək nəticə göstərən “Bizim Cəbiş müəllim” komandası birinci yerə sahib olub. Qeyd edək ki, qalib komandada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunları da iştirak ediblər. Onlardan Turanə Məmmədova filialın “Tarix və coğrafiya müəllimliyi”,
Pərvin Rəhimov, Dinarə Fərhadova “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, Aişənur İsmayılova “İbtidai sinif müəllimliyi” ixtisasının məzunlarıdır.
Qalib komanda üzvləri kubok, medal və diplomlarla, ikinci və üçüncü yerlərin sahibi komandalar medal və diplomla mükafatlandırılıblar.