ADPU Şəki filialı

Əlaqə vasitələri

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Region Universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” adlı layihə çərçivəsində Şəki şəhərində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənc alimlər, doktorantlar, magistrlər, guniversitet müəllimləri, elmi tədqiqatçılar üçün 15-16 noyabr 2021-ci il tarixlərində seminar keçirəcəkdir.
Seminarın məqsədi gənc tədqiqatçılara open sicnece platformaları haqqında prezentasiyalar təqdim etməklə bu sistemlərə üzv olmaq və onlardan istifadə yollarını öyrətmək, beynəlxalq elmi indekslər, məlumat bazaları barədə məlumatlandırmaq, eyni zamanda elmi məqalələrin hazırlanması metodologiyası, referenslerin hazirlanmasi üzrə beynəlxalq yazılış qaydaları haqqında iştirakçılara geniş bilik və informasiyalar təqdim etməklə open sciemce platformalarında iştirakın vacibliyi haqqında gənc tədqiqatçıları məlumatlandırmaqdır.
Təşkil ediləcək seminarlarda gənc alim və tədqiqatçılara Open Science, Open Access, Open Research date, Open innovation, Open research computation, Citizen science, scientific social network nə olduğu haqqında geniş biliklər veriləcək, Avropa elmi məkanında tətbiq olunan Open Science və uyğun təcrübələrlə bağlı prezentasiyalar təqdim ediləcək