ADPU Şəki filialı

Əlaqə vasitələri

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru riyaziyyat üzrə elmlər doktoru dosent Rafiq Rasulov “Tarix və coğrafiya müəllimliyi” ixtisasının lV tədris ilinin tələbələri ilə görüşüb. Görüşdə filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayeva da iştirak edib. Direktor dos. Rafiq Rasulov filialda ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdən bəhs edib, bu tədbirlərin il boyu davam edəcəyini vurğulayıb və tələbələrə bu tədbirlər çərçivəsində filialda keçirilən "Ekoloji problemlərin həllində beynəlxalq təşkilatların rolu" adlı elmi-praktik konfransda göstərdikləri fəallığa görə təşəkkür edib. Dos.Rafiq Rasulov tələbələrin elmi işlərdə fəallığını yüksək qiymətləndirib və Heydər Əliyevin Azərbaycan Respublikasının beynəlxalq sistemə uyğunlaşdırılmasındakı böyük xidmətlərini geniş tələbə auditoriyasına çatdırdıqlarına görə filialın TEC-nin sədri baş müəllim Səadət Feyzullayevaya və tələbələrə minətdarlığını biıdirib, ümummilli lider Heydər Əliyevin zəngin ideya-nəzəri irsini öyrənməyin hər bir azərbaycanlı üçün vacib olduğunu vurğulayıb. Görüş zamanı konfransda fəallıq göstərən tələbələrə Fəxri Fərman təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib.