Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının növbəti Elmi Şura iclası keçirilib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov Elmi Şura üzvlərini salamladıqdan sonra onları iclasın gündəliyində duran məsələlərlə tanış edib.
Elmi Şurada “2024-cü təqvim ili üçün filialın kafedraları üzrə elmi-tədqiqat işlərinin yerinə yertirilməsi vəziyyəti haqqında” filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyevin, “Filialın Ümumelmi fənlər kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin təşkili vəziyyəti” ilə bağlı Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyevin, “Filialın Tədrisin idarə olunması şöbəsinin fəaliyyəti” haqqında Tədrisin idarə olunması şöbəsinin müdiri baş müəllim Yeganə Rəhimovanın hesabatı dinlənilib. Dinlənilmiş hesabatlar ətrafında müzakirələr aparılıb.
Elmi Şurada bir sıra cari məsələlər də müzakirə olunub.
Müzakirə edilmiş məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.