ADPU Şəki filialı

Əlaqə vasitələri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının İdman Oyunları Birliyi (İOB) Şəki Olimpiya İdman Kompleksi (OİK) ilə əməkdaşlıq edərək, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə voleybol yarışı təşkil edib. Yarışda ADPU-nun Şəki filialını təmsil edən 6, OİK-i təmsil edən 4 komanda iştirak edib. Gərgin keçən yarışın nəticələrinə görə, “Tiger Qafqaz”, “Matador”, “Stary Wolf”, “Qarabağ” komandaları yarımfinal mərhələsinə yüksəliblər. Yarımfinal mərhələsində “Tiger Qafqaz” komandası 1-ci, “Matador” 2-ci, “Qarabağ” komandası 3-cü yerə sahib olub. Sonda komandalar Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi, ADPU-nun Şəki filialı, Şəki OİK və Şəki-Zaqatala Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif nominasiyalar ilə təltif ediliblər.
Qeyd edək ki, 1-ci və 2-ci yerə sahib olan “Tiger Qafqaz” və “Matador” komandalarında ADPU-nun Səki filialının tələbələri yarışıblar.