04 noyabr 2021-ci ildə ADPU-nun Şəki filialının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib. Konfransda filialın direktoru, professor-müəllim heyəti, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, Şəki şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın direktoru dos. Rafiq Rasulov açıb. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filialın Tələbə Gənclər Təşkilatının sədr əvəzi Sabir Məmmədzadənin təşkilatın 2020-2021-ci tədris ili dövründəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənərək müzakirə olunub, təşkilatın illik fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, baş məsləhətçisi Səbahət Bağırova çıxış edərək, təşkilatın bir illik fəaliyyətinə öz münasibətlərini bildirərək qənaətbəxş qiymətləndiriblər. Sonra Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurasının tərkibinə yenidən baxılıb, 23 nəfərdən ibarət İdarəetmə Şurası seçilib.
Konfransın sonunda filialın direktoru dos.Rafiq Rasulov çıxış edərək təşkilatın fəaliyyətinin daha da yaxşılaşdırılması üçün öz tövsiyə və təkliflərini verib.





001002003
fondeduadpubir

VKkj