EYUDER AZƏRBAYCAN, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Türkiyənin Kayseri Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə məktəbəqədər təhsil işçiləri üçün "Məktəbəqədər təhsilə yeni baxış" mövzusunda beynəlxalq konfrans keçirilib. Onlayn formada keçirilən konfransda məktəbəqədər təhsil işçilərinin fəaliyyətinə dəstək, yeni axtarışlar və təlim metodlarının tətbiq edilməsi kimi məsələlər əhatə olunub.
Konfransın plenar iclasında ADPU-nun rektoru tarix elmləri doktoru, prof. Cəfər Cəfərov, Kayseri Universitetinin rektoru prof.dr. Kurtuluş Karamustafa və başqaları çıxış edərək konfransın, ölkələr arasında əməkdaşlığın əhəmiyyətindən, məktəbəqədər təhsil sahəsində qarşıda duran vəzifələrdən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Gülnura Babaşova - EYUDER Azərbaycan Təmsilçisi, çıxıs edərək konfransın təşkilində tərəfdaşlıq edən təhsil müəssisələrinə minnətdarlığını bildirib.
Plenar iclasdan sonra konfrans öz işini müxtəlif bölmələr üzrə davam etdirib. ADPU-nun Şəki filialının pedaqoji fakültəsinin dekan müavini, baş müəllim Mehriban Kərimova və Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva da konfransfa maraqlı mövzularda çıxış ediblər.





001002003
fondeduadpubir

VKkj