19 yanvar 2023-cü il tarixdə ADPU-nun Şəki filialında 20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov 1990-cı ilin 20 yanvar hadisələrini dinc insanların sovet imperiya ordusu tərəfindən xüsusi amansızlıqla qətliam edildiyi faciə adlandırıb, Azərbaycan xalqının ən yeni tarixində milli azadlıq və istiqlal mücadiləsinin zirvəsi kimi böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Konfransda milli azadlıq və ərazi bütövlüyümüz uğrunda mübarizədə qurban getmiş Vətən oğullarının –Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konfransda “20 Yanvar milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin dönməzliyinin və sarsılmazlığının təsdiqidir” mövzusunda pedaqogika üzrə elmlər doktoru, professor Firədun İbrahimov məruzə ilə çıxış edib.
Filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin “Heydər Əliyev 20 Yanvar faciəsini məhkum edən ilk siyasi lider kimi”, “Humanitar fənlər” kafedrasının baş müəllimi Mirvari Eminovanın “20 Yanvar qan yaddaşımızda oyanışın parlaq səhifəsidir”, “Sosial iş” ixtisasının II tədris ili tələbəsi Hülya Qədirlinin “20 Yanvar faciəsi dünya mətbuatında” mövzularında çıxışları dinlənilib.
Çıxışlardan sonra 20 yanvar hadisələri ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi zabit və şəxsi heyətinin faciədən öncə və sonar işğalçı orduya qarşı qəhrəmanlığından bəhs edən “Sos!” adlı bədii filimdən fraqmentlər nümayiş etdirilib. Konfransı yekunlaşdıran filialın direktoru Rafiq Rasulov 20 yanvar faciəsinin Sovet imperiyasının iyrənc simasını bütün çılpaqlığı ilə ifşa etdiyini, habelə xalqımızın bu mənfur qüvvələr üzərində siyasi-mənəvi qələbə çaldığını diqqətə çatdırıb, yaddaşlarda silinməz iz qoymuş 20 yanvar faciəsi zamanı Şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin daim uca tutulduğunu, dərin hörmət və ehtiramla yad edildiyini xüsusi qeyd edib.

ADPU-nun Şəki filialının kitabxanasının işçiləri başda T.Mirzəyeva olmaqla, 20 yanvar faciəsinə aid stend hazirlayıblar.

 

 





001002003
fondeduadpubir

VKkj