19-22 dekabr tarixlərində Quba Olimpiya mərkəzində “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş “Respublika Gənclər Debat Forumu – 2025” keçirilib. Yüksək təşkilatçılıqla keçirilən Forum gənclərin hüquqi biliklərinin artırılması, vətəndaş mövqeyinin möhkəmləndirilməsi və debat mədəniyyətinin inkişaf etdirilməsi məqsədi daşıyıb. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Debat klubunun sədri Səma Şəldiyeva və onun tələbələrdən ibarət komandası da fəal iştirak edərək, Forumun təşkilində və gedişində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetiriblər.
Forumun yekununda filialın tələbələri -Səma Şəldiyeva 10-cu natiq seçilməsinə, Əzmər Zeynallı fəal iştirakına görə sertifikatla, Yeganə Əzimova, Elvin Bağırov, İlham Məmmədov, Tariyel Abdulhəmidov, Yusif Hüseynov fəal iştirakına və məsulliyətinə görə Təşəkkürnamə ilə təltif olunublar.
