ADPU Şəki filialı

Əlaqə vasitələri

2024-cü il aprel ayının 18-də ADPU-nun Şəki filalının direktoru dos.Vurğun Məmmədov Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə pedaqoji internatura və pedaqoji təcrübə keçən tələbələrlə görüş keçirib. İnternaturanın gedişi, meydana çıxan problemlər və s. barədə ətraflı müzakirə aparıb, tövsiyələrini bildirib.
Daha sonra filialın direktor dos. Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d. Vüsal Baxışov, təcrübə rəhbəri Asudə Bədəlova, fənn müəllimi Turqut Mirzəsoy “Tarix və coğrafiya müəllimliyi” ixtisasının V tədris ili tələbəsi Sənan Atlızadənin V sinifdə “Məhəmməd Hüseyn Şəhriyar” mövzusunda keçdiyi sınaq dərsində iştirak ediblər.
İnnovativ tətbiqlər əsasında qurulan sınaq dərsinin yekununda geniş müzakirə təşkil edilib, irad və tövsiyələr bildirilib.