ADPU Şəki filialı

Əlaqə vasitələri

ADPU-nun Şəki filialının “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının növbəti yığıncağı keçirilib. Yığıncaqda filialın direktoru V.R.Məmmədov, kafedra müdiri prof. F.N.İbrahimov və kafedra əməkdaşları iştirak edib. F. İbrahimov və V. Məmmədov öz çıxışlarında bir sıra məsələlərə toxunublar. Yığıncaqda kafedra üzrə tədris olunan fənlərə aid imtahan suallarının və biletlərin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Əməkdaşların diqqətinə çatdırılıb ki, hər bir biletdə suallar tədris vahidləri əsasında yerləşdirilməlidir. İmtahan bileti tələbənin həmin fənn üzrə hazırlığını müəyyənləşdirmək, ədalətli qiymətləndirmək imkanını şərtləndirməlidir. Tələbələrin imtahana hazırlığına yardımcı olan mühit yaratmaq məqsədi ilə zəruri materialların aidiyəti informasiya bankında yerləşdirilməsi təmin olunmalıdır