ADPU Şəki filialı

Əlaqə vasitələri

Oktyabr ayından etibarən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər İntellektual Klubu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman" formatında "Tələbələrarası Azərbaycan kuboku-2025" yarışmasına start verilib. Yarısmaya qatılmaq məqsədilə oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə komandalararası seçim turu keçirilib. Yarışda 84 nəfərdən ibarət 14 komanda iştirak edib. Tədbiri giriş sözü ilə filialın THİK-nin sədri, baş müəllim Günel Əliyeva açaraq, yarışın keçirilməsinin məqsədi ilə bağlı məlumat verib. Yarışın nəticəsinə görə, "Fəlsəfə cəbhəsi" komandası birinci yerə çıxaraq "Tələbələrarası Azərbaycan kuboku-2025" yarışmasında iştirak etmək hüququ qazanıb.