- Details
- Dərc edilib: 17 Noyabr 2025
- Oxunma sayı: 316
Noyabrın 14-də Bakı şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun (TTKF) təşkilatçılığı ilə “Təhsil tələbə kreditiləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqını ödəməkdə çəkdikləri çətinliyin aradan qaldırılması məqsədilə TTKF tərəfindən onlara göstərilə biləcək dəstək, fondun imkanlarından istifadə qaydaları ilə bağlı təhsil müəssisələrinin məsul şəxslərinin peşəkar bacarıqlarını daha da təkmilləşdirmək olub. Təlimdə ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, o cümlədən ADPU-nun Şəki filialının Pedaqoji fakültəsinin dekan müavini, baş müəllim Mehriban Kərimova və Filologiya fakültəsinin operatoru Nigar Qaffarova iştirak ediblər. Təlim başa çatdıqdan sonra iştirakçılar sertifikatla təltif olunublar.
