1. Ümumi görünüşAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı bölgədə mədəni həyatın inkişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Respublikamızın Şimal-Qərb bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Şəkidə fəaliyyət göstərən bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 1991-ci il tarixli 327 N-li qərarı ilə Bakı Dövlət Universitetinin Şəki filialı adı ilə fəaliyyətə başlamışdır. 14 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə BDU-nun və Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filiallarının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2003-cü ildə isə “Azərbaycan dili və ədəbiyyatı”, “Xarici dil (İngilis dili)”, “Tarix və coğrafiya” və “Riyaziyyat və fizika” ixtisasları olmaqla əlavə 4 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2009-cu ildə “Riyaziyyat və informatika”, 2011-ci ildə “Təhsildə sosial-psixoloji xidmət”, 2012-ci ildə “Xarici dil (Fransız dili) müəllimliyi və 2013-cü ildə yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” və 2021-ci ildə yeni qəbul aparılmış "Sosial iş" və 2022-ci ildə yeni açılmış "Tarix müəllimliyi" ixtisasları hesabına say 10-a çatdırılmışdır.

Fəaliyyətdə olduğu 15 ilə yaxın dövr ərzində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.

Ölkə başçısının 26 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları o cümlədən AMİ-nin Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir.2022-ci ilin martında filialın 30 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, bir çox əməkdaşlar fəxri adlar və diplomlarla təltif edilmişlər.

Filial 3,2 ha ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.

Filialda aşağıdakı struktur bölmələr mövcuddur:

1.Direktorluq;
2.Tədrisin idarə olunması şöbəsi;
3.Keyfiyyətin təminatı şöbəsi;
4.Karyera mərkəzi;
5.Tələbərin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsi;
6.İnsan resursları və ümumi şöbə;
7.Mühasibatlıq;
8.Kitabxana;
9.İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi;
10.Xidmət şöbəsi;
11.Pedaqoji fakültə;
12.Filologiya fakültəsi;
13.Humanitar fənlər kafedrası;
14.Təbiət fənləri və onların tədrisi texnologiyaları kafedrası;
15.Ümumelmi fənlər kafedrası;
16.Dillər kafedrası və onların tədrisi texnologiyası kafedrası;

2024-cü ildən bu ali məktəbə tarix elmləri doktoru, dosent,  Vurğun Rəhim oğlu Məmmədov rəhbərlik edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında bir ali təhsil müəssisəsi kimi ötən 30 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 4,5 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırılmışdır.
Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 86 nəfər çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru (o cümlədən 1 nəfəri professor), 16 nəfəri fəlsəfə doktoru, (o cümlədən 8 nəfəri dosent), 46 nəfər baş müəllim, 28 nəfər magistr, 15 nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 3 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışdır. Filial əməkdaşlarından 60 nəfərə yaxını respublikada, həmçinin ABŞ,Fransa və Portuqaliya respublikalarında müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışdır.
ADPU-nun Şəki filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. 2023 - cü ildə filial əməkdaşlarının 150 elmi işi (o cümlədən 1 monoqrafiya, 1 metodik tövsiyə, respublikada nəşr olunan elmi jurnallarda 19 məqalə, xaricdə 40 məqalə, 28 respublika elmi konfrans materialı, 57 beynəlxalq konfrans materialı) nəşr olunmuşdur. Filialın professor-müəllim heyəti, əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda müntəzəm iştirak edirlər.

Filialın respublikanın bir sıra ali məktəbləri ilə yanaşı,ABŞ, Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna,Qazaxıstan,Özbəkistanvə s. kimi ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri vardır.

Filialda 10 ixtisas üzrə bakalavriat pilləsində kadr hazırlığı həyata keçirilir. Həmin ixtisaslar üzrə 2023/2024-cü tədris ilində qəbul zamanı keçid balları aşağıdakı kimi olmuşdur.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 510,2 - 293,1
“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə - 476,9 - 206
“Xarici dil (ingilis dili) müəllimliyi” ixtisası üzrə - 526 - 314,8
“Xarici dil (fransız dili) müəllimliyi” ixtisası üzrə - 275,2 - 201,9
“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 522,9 - 272
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 453,1 - 263,9
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 446,5 - 242,7
“Məktəbəqədər təhsil” ixtisası üzrə - 387,9 - 215,8
“Sosial iş” ixtisası üzrə - 414,3 - 246,5
"Tarix müəllimliyi" ixtisası üzrə - 546,6 - 297,4

27 sentyabr – 10 noyabr 2020 – ci il tarixlərdə Vətən Müharibəsində 22 məzun və 2 tələbə iştirak etmiş, onlardan 4 nəfəri göstərdikləri şücaətə görə müxtəlif medallarla təltif olunmuşlar

Hazırda filialda 1055 nəfər tələbədən 709 nəfər pedaqoji, 346 nəfəri isə filologiya üzrə təhsil alır. Onlardan 10 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2023-2024 -cü tədris ilində filiala 10 ixtisas üzrə 289 nəfər tələbə qəbul olunmuşdur.

Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr keçirilir. Filialda 23 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.

TƏHSİLƏ DAİR NORMATİV SƏNƏDLƏR

 1. Azərbaycan Respublikasinin Konstitusiyası

 2. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu

3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları

4. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

5. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı

6. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi

7. Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası

8. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nizamnaməsi

9. Ali təhsil pilləsinin dövlət standartı və proqramı

10. Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları

11.“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

12.“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

13. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif‐İxtisas Sorğu Kitabçası

14. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası

15. Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları

16. Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə

17. Ali məktəbin bakalavr pilləsində buraxılış işlərinin hazırlanması qaydaları

18. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları

19. Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə

20. Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası

21. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları

22. Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə

23. Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə

24. Müəllimlərin Etik Davraniş Qaydaları

25. Azərbaycan Respublikasının Gənclər Fondu Tərəfindən Sosial Müdafiəyə Xüsusi Ehtiyacı Olub Təhsil Alan Gənclərin Təhsil Xərclərinin Maliyyələşdirilməsi Qaydası

26. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu

27. Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası

BEYNƏLXALQ QAYDALAR

1. Standards and Guidelines for Quality Assurance in the European Higher Education Area

2. ECTS Users’ Guide 2015

3. Erasmus+ International Credit Mobility Handbook for Higher Education Institutions