- Details
- Dərc edilib: 08 Oktyabr 2026
- Oxunma sayı: 8
Oktyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzi I tədris ili tələbələri ilə görüş təşkil edib. Görüşdə Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi”, “Tarix müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi”, “Məktəbəqədər təhsil” ixtisaslarının tələbələri iştirak ediblər. Tədbiri Karyera mərkəzin müdiri Xuraman Həmidova açaraq tələbələri salamlayıb, mərkəzin fəaliyyət istiqamətləri, tələbələr üçün təqdim olunan imkanlar, əmək bazarına inteqrasiya və peşəkar inkişaf yolları barədə məlumat verib. O həmçinin tələbələrin gələcək karyeralarında uğur qazanmaları üçün lazım olan tövsiyələri verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
