2024-cü il aprel ayının 8-də  ADPU-nun Şəki filialın “Xarici dil müəllimliyi (ingilis dili üzrə” ixtisasının IV tədris ili  tələbəsi Elnarə Süleymanlının  pedaqoji internatura keçdiyi Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin VIIId sinfində  “İngilis dilinin istifadəsi” mövzusunda  sınaq dərsi keçib. Sınaq dərsində metodist Əfsanə Bəşirzadə, fənn müəllimi  Ayşən Məmmədova və həmin ixtisasın tələbələri iştirak edib. Sonda sınaq dərsinin  müzakirəsi təşkil edilib, irad və tövsiyyələr tələbələrin diqqətinə çatdırılıb.