- Details
- Dərc edilib: 04 Fevral 2025
- Oxunma sayı: 6
Fevral 2-də Bakı şəhərində Gənclər Günü münasibətilə festival keçirilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilmiş festivalda ölkəmizin müxtəlif ali təhsil ocaqlarınının tələbələri iştirak ediblər. Tədbirdə ali məktəblərin Tələbə Gənclər Təşkilatı (TGT) sədrlərinin bir qismi 2024-cü ildə səmərəli fəaliyyətinə və dövlətin gənclər siyasətinin təşkilinə verdiyi töhfəyə görə ATGTİ tərəfindən Fəxri Fərmanla təltif olunub. Təltif olunanlar arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının TGT sədri Xədicə Abdurahmanlı da olub. Festival tanınmış musiqiçi və incəsənət xadimlərinin ifasında möhtəşəm konsert proqramı ilə başa çatıb.