Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bir müddət əvvəl təşkil olunmuş "Sənətçi ruhum" adlı sərgi-müsabiqə uğurla yekunlaşıb. Ümumelmi fənlər kafedrasının müəllimi Vüsalə Qaragözovanın təşəbbüsü ilə təşkil olunan sərgidə "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisaslarının III tədris ili tələbələrinin rəsm işləri nümayiş etdirilib.
Təşkilat komitəsi tərəfindən təqdim olunan işlərə baxış keçirilib və münsiflərin qərarı ilə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Xumar Bədəlova I, Xanım Məmmədova II, İlkanə İsmayılova III, Aytən Əhmədova həvəsləndirici, “Məktəbəqədər təhsil” ixtisası üzrə Günəş Novruzova I, Mina Hacıkərimova II, Xədicə Şamilli III, Günay Məmmədova və Aynur Süleymanova həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblər filial rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıb. Sərgi iştirakçılarına bu cür təşəbbüslərdə fəallıqlarına görə təşəkkür edilib.