Mayın 23-də ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər. “Karyera planlaşdırılması və peşə seçimi motivasiyasının müəyyənləşdirilməsi ” mövzusuna həsr olunmuş elmi seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Aysun Mövsümovanın təqdimatında abituriyentlərin peşə seçimində doğru motivasiyaya yönəldilməsi, peşə seçimində şagirdin maraq, meyillərin nəzərə alınması haqqında ətraflı məlumat verilib. “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Şəbnəm Qədirova öz təqdimatında tələbələrin təhsillərini başa vurduqdan sonrakı karyera planlaşdırılması zamanı diqqət edilməsi vacib olan məqamlar haqqında tələbələri məlumatlandırıb. Mövzu maraqlı fikir mübadiləsinə səbəb olub. Sonda GPB rəhbəri Ramazanova Kəmalə tələbələrə maarifləndirici seminarın təşkilinə görə öz minnətdarlığını bildirib.