Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin ((ADPU) Şəki filialında 28 May – Müstəqillik Gününə həsr olunmuş   "Yaşa, Azərbaycan!" adlı tədbir keçirilib. İdman Oyunları Birliyinin  (İOB)  üzvlərinin təşkilatçılığı ilə keçirilən  tədbirdə  filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş soydaşlarımızın xatirəsi yad edilib. Tədbiri giriş sözü ilə filialın direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açaraq, bütun iştirakçıları bayram münasibətilə təbrik edib,  dövlət müstəqilliyimizin əldə edilməsinin, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən,  müstəqilliyimizin yenidən bərpası və ulu öndər Heydər Əliyevin bu yolda göstərdiyi tarixi xidmətlərdən bəhs edib. Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə İdman Oyunları Birliyinin keçirdiyi şahmat yarışının qaliblərinə diplomlar təqdim olunub.  Tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdova çıxış edərək, tədbir iştirakçılarını təbrik edib, xoş arzularını bildiriblər. Sonra  Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir tələbələrin hazırladıqları bədii-musiqili proqramla davam edib.