- Details
- Dərc edilib: 15 May 2024
- Oxunma sayı: 3409
Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirin təşkil olunmasında məqsəd aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alıb, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələri fonddan istifadə şərtləri barədə məlumatlandırmaq olub. Tədbirdə TTKF-nin Təhsil məsələləri üzrə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova, filialın tədris işləri üzrə ditektor müavini dosent Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, pedaqoji fakültənin dekan müavini Mehriban Kərimova, Filologiya fakültəsinin əməkdaşı Nigar Qaffarova və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə dos. Gülarə Abdullayeva açaraq, son illərdə dövlətimiz tərəfindən gənclərin təhsilə əlçatanlığının təmin olunması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edərək qeyd edib ki, TTKF-nin yaradılması da dövlətin bu istiqamətdə gənclərə göstərdiyi dəstək kimi son dərəcə əhəmiyyətlidir. Sonra fondun baş mütəxəssisi Günay Xəlilova tələbələrə fondun imkanlarından istifadə şərtləri barədə əhatəli məlumat verib. Tədbirdə iştirakçiları maraqlandıran suallar cavablandırılıb.