ADPU-nun Şəki filialının Tələbə Elmi Cəmiyyəti (TEC) Tələbə Gənclər Təşkilatı (TGT) ilə birlikdə tələbələrin asudə vaxtının səmərəli keçməsi məqsədilə maraqlı və rəngarəng tədbirlər təşkil edir. Bu məqsədlə dekabrın 8-də Şəki şəhərində yerləşən “ASAN Xidmət” Mərkəzinin kinoklubunda “Əli və Nino” filminə baxış təşkil edilib. Filialın “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının tələbələri TEC-in sədri baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə kinoklubda filmə tamaşa ediblər.
Azərbaycan Demokratik Respublikasının yaradılmasından bəhs edən film tələbələrin böyük marağına səbəb olub.
Filmə baxışdan sonra mövzu və ideya ətrafında müzakirə aparılıb.