ADPU-nun Şəki filialında Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə rəngarəng tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamı olaraq, "Hədəf10%" proqramı çərçivəsində filialın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Kinoklubun və Şəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Dahi şəxsiyyət” adlı film nümayiş olunub. Filmə baxışdan sonra  Ümummilli lider Heydər Əliyevin zəngin irsi, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı yolunda göstərdiyi misilsiz xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.