ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova, GPB-nin üzvləri və tələbələr iştirak ediblər. “Uşaq psixoterapiyası” mövzusuna həsr olunmuş elmi seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Sevinc Həbillayevanın təqdimatında uşaq psixoterapiyasının böyük terapiyasından fərqləndirici xüsusiyyətləri, uşaq psixoterapiyasının məqsədi, uşaqla terapevt arasındakı münasibət, uşaq terapevtinin sahib olmalı olduğu bacarıqlar haqqında məlumat verilib. Seminarın sonunda tələbələr yiyələndikləri yeni mövzu ətrafında fikir mübadiləsi ediblər.